2021 ilin Cenevrə avtomobil sərgisi təxirə salınır

A- A A+

Cenevrə Beynəlxalq avtomobil sərgisi 2021-ci ildə koronavirus pandemiyası səbəbindən keçirilməyəcək.

NUHÇIXAN İnformasiya Agentliyi İnterfaks-a istinadən xəbər verir ki, bu qərarı sərginin təşkilatçıları qəbul ediblər.

Bildirilir ki, sərgi iştirakçılarının çoxu 2021-ci il şousunda iştirak etməyəcəklərini və 2022-ci ildə iştirak etmək istədiklərini açıqlayıblar. Şou 2021-ci ilin martında baş tutmalı idi.

Daha əvvəl cari ilin yazına planlaşdırılan sərgi də koronavirus ilə əlaqədar olaraq reallaşmayıb.

Xatırladaq ki, Cenevrə avtosərgisi hər il ən böyük dünya avtomobil markalarını təqdim edən dünyanın aparıcı şoularından biridir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: