SOCAR-ın fəaliyyəti üzrə işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziya və icazələrin siyahısı təsdiqlənib
SOCAR-ın fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziya və icazələrin siyahısı təsdiq edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziya və icazələrin siyahısının təsdiq edilməsi haqqında” Fərman imzalayıb.
Fərmana əsasən, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı” və “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı” təsdiq olunub.