Baxillər, steril və qeyri-steril əlcəklər, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxalının gömrük rüsumundan azad olunma müddəti uzadılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Qərarında dəyişiklik edilməsi barədə Qərar imzalayıb.
Qərara əsasən, baxillər, steril və qeyri-steril əlcəklər, tibbi maskalar və respiratorların idxalının gömrük rüsumundan azad olunması müddəti sentyabrın 1-dək uzadılıb.