Muxtar respublikada nağdsız hesablaşmaların əhatə dairəsinin genişləndirilməsi istiqamətində 2020-ci ilin ikinci rübündə bir sıra işlər görülüb.
Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 23 vergiödəyicisi üzrə 209 işçinin rekvizitləri bank orqanlarına göndərilib, bunlardan 7 vergiödəyicisi üzrə 97 işçinin əməkhaqlarının plastik kartlara keçirilməsi təmin olunub.
Publik hüquqi şəxs statuslu daha 15 müəssisədə ödənişlərin onlayn və POS-terminallar vasitəsilə qəbulu sahəsində görülən işlər yekunlaşıb. Vətəndaşlar Darıdağ Arsenli Su Müalicəxanası, Şərur Rayon Uşaq Xəstəxanası, Şərur Rayon Mərkəzi Xəstəxanası, Naxçıvan Dövlət Universitetinin Xəstəxanası, Şahbuz Rayon Mərkəzi Xəstəxanası, Ordubad Rayon Mərkəzi Xəstəxanası, Babək Rayon Mərkəzi Xəstəxanası, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi Xəstəxanası, Naxçıvan Muxtar Respublika Xəstəxanası, Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Naxçıvan Muxtar Respublikası Kardiologiya Mərkəzi, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası, Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Xəstəxanası, Naxçıvan Şəhər Təcili Tibb Mərkəzi, Naxçıvan Muxtar Respublika Yoluxucu Xəstəlikləri Mərkəzi müəssisələrərinə müraciət edən zaman onlara göstərilən xidmətlərin qarşılığını nağdsız qaydada ödəyə bilərlər.