Azərbaycan 2021-ci ildə elektron biznesi genişləndirməyi hədəfləyir

A- A A+

Azərbaycan 2021-ci ildə elektron biznesi genişləndirməyi hədəfləyir.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor əvəzi Arzu Hüseynova deyib.

Onun sözlərinə görə, 2021-ci ildə Azərbaycanın sosial-iqtisadi siyasətinin əsas prioriteti COVID-19 pandemiyasından təsirlənən ölkə iqtisadiyyatının bərpası olacaq.

"COVID-19 pandemiyasının təsiri artıq iqtisadiyyatın müxtəlif sahələrində dəyişikliklərə səbəb olduğundan, 2021-ci ildə iqtisadiyyatda informasiya və rabitə texnologiyalarının rolunun artacağını gözləyirik" - A.Hüseynova qeyd edib.

Mütaxəssisin vurğuladığı kimi, Azərbaycanın sosial-iqtisadi inkişafının prioritetləri həm müvafiq dövlət proqramlarında, həm də strateji yol xəritələrində öz əksini tapmışdır. Onun sözlərinə görə, qeyd olunan istiqamətin inkişafı 2021-ci ildə də davam edəcək.

İxtisaslı kadrların hazırlanması mövzusuna toxunan icraçı direktor ölkədə mütəxəssisslərin hazırlanması üçün vaxtaşırı böyük işlərin görüldüyünü söylədi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: