Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 53-cü illik toplantısı ləğv olunub

A- A A+

Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının sentyabrda Cənubi Koreyanın İnçon şəhərində keçirilməsi nəzərdə tutulan 53-cü illik toplantısı COVID-19 böhranı ilə əlaqədar ləğv olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Cənubi Koreya hökuməti açıqlama yayıb. Cənubi Koreya AİB-in Rəhbərlər Şurasının illik toplantısına ev sahibliyi etmək hüququnu 2023-cü ildə reallaşdıracaq. Builki toplantının əvəzinə isə telekonfrans formatında iclas keçiriləcək.

Cənubi Koreya Maliyyə Nazirliyinin rəsmisi Huh Çanq deyib ki, illik toplantının ləğv olunmasına səbəb yerli və xarici iştirakçıların sağlamlığının prioritet hesab olunmasıdır.

Qeyd edək ki, bankın Rəhbərlər Şurasının 53-cü illik toplantısı cədvəl üzrə mayda keçirilməli idi. Amma koronavirus pandemiyası səbəbindən tədbirin vaxtı sentyabra dəyişdirilmişdi. Hazırda virusun dünyada sürətlə yayıldığı bir şəraitdə toplantının keçirilməsi məqsədəuyğun hesab olunmayıb. Bundan əvvəl oxşar vəziyyət 2003-cü ildə müşahidə olunmuşdu. Həmin il Türkiyədə keçirilməli olan illik toplantı İraqdakı müharibə səbəbindən ləğv edilərək 2005-ci ildə təşkil olunmuşdu.

Bankın Rəhbərlər Şurasının 2015-ci ildəki toplantısı Bakıda keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: