Cari ildə qlobal xam neft tələbatı 8 milyon 950 min barrel azalaraq sutkada 90 milyon 720 min barrel təşkil edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir.
Bildirilir ki, gələn il qlobal neft tələbatının 7 milyon barrel artaraq gündəlik 97 milyon 720 min barrel olacağı gözlənilir.
Növbəti ildə OPEC-ə üzv ölkələrin neft tələbatı isə 6 milyon barrel çoxalaraq sutkada 29 milyon 800 min barrelə çatacaq.