"WhatsApp"ın işində qüsurlar yaranıb

A- A A+

"WhatsApp" servisinin istifadəçiləri xidmətin işində qüsurlarla üzləşiblər.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Məlumata əsasən, "WhatsApp"ın işində texniki qüsurlar əsasən Malayziya, Çin, Braziliya, Meksika, Argentina və Avstraliyada müşahidə edilib.

İstifadəçilərin təxminən 92 faizi serverə qoşulmaqda, 7 faizi isə "WhatsApp"ın veb-versiyasında problemlərlə üzləşiblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: