Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə 3500 tonluq konteyner sistemi qoşulub.
NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, bu dəmir yoluna tələbat artmaqdadır.
Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci il oktyabrın 30-da açılıb. Bu dəmir yolu xətti Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Ümumi uzunluğu 846 kilometr olan Bakı-Tbilisi-Qarsın 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür.