“Fiat Chrysler Automobiles” (FCA) ilə “Waymo” şirkəti arasında sürücüsüz kommersiya avtomobili hazırlamaq barədə eksklüziv saziş imzalanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sazişə əsasən, FCA-nın istehsal etdiyi “Ram ProMaster” kommersiya yük vanlarında “Waymo Driver” sürücüsüz hərəkət sisteminin tətbiqi nəzərdə tutulur.
FCA ilə “Waymo” arasındakı əməkdaşlıq 2016-cı ildən davam etdirilir. Hərçənd “Alphabet”in törəmə şirkəti olub sürücüsüz avtomobil texnologiyaları şirkəti olan “Waymo”nun “Volvo”, “Nissan”, “Renault”, “Jaguar” kimi avtomobil istehsalçıları ilə də əməkdaşlıq edir.