“Microsoft Office” üçün yeni dizayn təqdim edilib

A- A A+

“Microsoft” korporasiyası “Office” proqramlar paketi üçün yenilənmiş dizaynını təqdim edib. Bu, 2007-ci ildən bəri ilk qlobal dizayn dəyişikliyidir.

NUHÇIXAN İnformasiya Agentliyi xarici saytlara istinadla xəbər verir ki, yeniləmə kompüter və smartfonlardakı proqramları əhatə edəcək. Şirkətin nümayəndəsinin sözlərinə görə, yeni konsepsiya “Fluent Design” adlanır. Yeni dizayna əsasən, proqramlar yarımşəffaf fona malikdirlər, bütün qrafik elementlər sakit rənglə işlənib ki, bu da istifadəçini işdən yayındırmır.

İndi “Word”, “Excel” və başqa proqramları bir-birindən, həmçinin proqram ikonkasına görə fərqləndirmək mümkün olacaq. Tənzimləmələrə sürətli giriş üçün ofis paketinin bütün proqramlarına axtarış sətri quraşdırılıb.

Yeni dizayn “Windows” və “macOS” sistemlərinin idarəetməsi altında işləyən bütün kompüterlərdə, həmçinin “iOS” və “Android” sistemləri ilə işləyən smartfon və planşetlərdə eyni cür görünəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: