Cari ilin yanvar-iyun aylarında ölkədə 873 və ya ötən ilin müvafiq dövrünə nisbətən 239 ədəd az minik avtomobili istehsal olunub.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, yarım ildə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 146,2 milyon manatlıq məhsul istehsal edilib. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 96,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 57,2 faiz, maşın və avadanlıqların istehsalı isə 16,2 faiz artıb.