Maliyyə və mühasibatlıq sahəsində çalışan mütəxəssislər təlimə cəlb olunub - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə,  Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən təlimə dövlət büdcəsindən maliyyələşən təşkilatlardan maliyyə və mühasibatlıq sahəsində çalışan 70 mütəxəssis cəlb edilib.

Əvvəlcə Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova iştirakçıları salamlayaraq təlimin mahiyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, təlimin məqsədi beynəlxalq səviyyədə mühasibat uçotunun aparılması təcrübəsi və büdcə təşkilatlarında maliyyə hesabatlarının beynəlxalq uçotu standartlarına uyğun olaraq hazırlanması ilə bağlı biliklərin artırılmasından ibarətdir.

Sonra  Beynəlxalq Mühasibat Uçotu Standartlarına keçidin məqsədi, mərhələləri və mövcud vəziyyəti haqqında məlumatlar diqqətə çatdırılıb və “peşəkar mühasib kimdir”, “peşəkar kvalifikasiyalar”, “peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili” və digər mövzularla əlaqədar slaydlar vasitəsilə iştirakçılara ətraflı məlumat verilib.

Sonda Maliyyə Tədris Mərkəzinin maliyyə və mühasibatlıq sahəsində çalışan mütəxəssislərin cari və perspektiv vəzifələrini əhatə edən fəaliyyət planı haqqında açıqlama verilib, iştirakçıların sualları cavablandırılıb.

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: