Ötən 6 ay ərzində dövlət büdcəsinin mədaxili 338,2 milyon manat olub. Bu müddətə nəzər salsaq görərik ki, ümumi daxili məhsulun həcmində azalma müşahidə olunur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Maliyyə naziri qeyd edib ki, ümumi daxili məhsulun azalma həcminin 5 faizdən artıq olması ehtimal olunmur. Gəlirlərimizin azalmasına neftin qiyməti də təsirsiz ötüşmür. Növbəti altı ay üçün neftin orta qiyməti 35 dollar həcmində proqnozlaşdırılır. Dünya bazarında təklifin tələbi üstələməsinin qarşısı alınıb və bu da neftin qiymətinin qismən sabitləşməsinə şərait yaradıb.