Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinə dəyişiklik üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri artırılıb. 2020-ci il büdcəsinin gəlir və xərclərinin 151 235 400 manat məbləğində təsdiq edilməsi təklif edilir. Əvvəl bu rəqəm 128 235 400 manat məbləğində idi.
Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq qəbul edilib.