NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iki günlük təlim Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində keçirilir.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin maliyyə və mühasibat uçotu sahəsində çalışan 12 nəfər işçisinin cəlb olunduğu tədbirin ilk günündə mərkəzin direktoru Mehriban İmanova “Mühasibat hesabları, maliyyə bərabərliyi və ikili yazılış sistemi” mövzusunda çıxış edərək iştirakçılara təlimin məqsədi, keçirilməsinin zəruriliyi və gündəlik barədə məlumat verib.
Bildirib ki, təlimin əsas məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının daha da təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsidir.
Qeyd edək ki, təlimin ikinci günündə isə Maliyyə Nazirliyinin əməkdaşı Məmmədnağı Əkbərovun təqdimatı ilə “Maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun tərtib və təqdim edilməsi” mövzusunda təlim keçiriləcək.
Sadiq Məmmmədov