“Türk Hava Yolları” aviaşirkəti COVID-19 pandemiyası səbəbilə cari ilin ikinci rübündə 2 milyard 234 milyon, cari ilin ilk yarısında isə ümumilikdə 4 milyard 257 milyon türk lirəsi məbləğində zərər dəydiyini açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Türk Hava Yolları”ndan verilən məlumata əsasən, bu ilin aprel-iyun ayları ərzində şirkətin bilet satışları keçən ilin eyni dövrü ilə müqayisədə 67 faiz azalıb.
Qeyd edək ki, pandemiya səbəbindən aprel və may aylarında daxili və beynəlxalq səfərləri müvəqqəti dayandıran aviaşirkət iyundan etibarən uçuşları mərhələli şəkildə bərpa etməyə başlayıb.