Cari ilin yanvar-iyul aylarında hava nəqliyyatı ilə 463,5 min və ya ötən ilin eyni dövrü ilə müqayisədə 68,7 faiz az sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, daşımaların 99,5 faizi dövlət, 0,5 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.