Azərbaycan Mərkəzi Bankı 19 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, avqustun 19-da olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 2.0284 manat təşkil edir. 1 türk lirəsi 0.2305 manat, 1 rus rublu 0.0232, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi 0.5538 manatdır.