Cari ilin yanvar-iyul aylarında Azərbaycandan MDB ölkələrinə 809 milyon 899 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Dövlət Gömrük Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu göstərici 2019-cu ilin müvafiq dövrünə nisbətən 60,8 milyon dollar çoxdur.
Bu ilin yeddi ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 1 milyard 529 milyon 876 min dollar olub.