Bu barədə Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərdə bildirilir ki, 2020-ci ilin yanvar-iyun aylarında muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 69 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb. 624 nəfər ailə üzvü olan 133 aztəminatlı ailənin özünüməşğulluğu təmin edilib.
Həmçinin bu dövrdə sahibkarlara 18 milyon 879 min 100 manat kredit verilib. Bunun da 11 milyon 336 min 100 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 7 milyon 543 min manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub.
Qeyd edək ki, 2020-ci ilin ilk yarımilində 638, ümumilikdə, 2005-ci ildən 1 iyul 2020-ci il tarixədək muxtar respublikada 69 min 895 yeni iş yeri açılıb.