2021-ci il üçün dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ayrılacaq vəsait açıqlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri bərabər olaraq 5 milyard 146,3 milyon manat məbləğində proqnozlaşdırılır.