Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) bu ilin sonuna “Invest in Azerbaijan” saytını istifadəyə verəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev sentyabrın 3-də keçirdiyi mətbuat konfransında deyib.
Y.Abdullayev qeyd edib ki, bu istiqamətdə işlər davam etdirilir. Payızın sonlarında saytın təqdimatı olacaq. Saytla yanaşı, mobil tətbiq də istifadəyə veriləcək ki, sahibkarlar biznes və investisiya haqqında mühüm məlumatları əldə edə biləcəklər.