“Azərbaycan Hava Yolları” QSC (AZAL) Türkiyəyə səfər edən sərnişinlərə müraciət edib.
AZAL-dan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Türkiyəyə giriş qaydalarına əsasən, Azərbaycan vətəndaşlarının (körpələr və uşaqlar da daxil olmaqla) ümumvətəndaş pasportu ölkəyə giriş günündən başlayaraq ən az 180 gün müddətində etibarlı olmalıdır. AZAL-ın xüsusi reysləri ilə İstanbula səyahət edən sərnişinlərə pasportlarının müddətini bir daha yoxlamaq tövsiyə olunur.