2021-ci ilin dövlət büdcəsinin layihəsi Hesablama Palatasına təqdim edilib.
Palatanın mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 2021-ci il üzrə dövlət büdcəsinin layihəsinin göstəriciləri Maliyyə Nazirliyi tərəfindən Hesablama Palatasına təqdim olunub.