Naxçıvanda təsərrüfat hesablı müəssisələr üçün təlimlərə başlanılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Maliyyə Tədris Mərkəzində mühasiblər üçün keçirilən  “Kommersiya təşkilatlarında praktiki mühasibatlıq” adlı üç günlük təkmilləşdirici təlimə 12 maliyyə və mühasibatlıq  mütəxəssisi cəlb olunub. 3 moduldan ibarət olan təlimin aktuallığı və mahiyyəti iştirakçıların diqqətinə çatdırıldıqdan sonra   Mərkəzin direktoru Mehriban İmanova maliyyə-təsərrüfat əməliyyatları üzrə sintetik uçotun aparılması qaydalarını praktik şəkildə izah edib. “Mühasibat uçotunun beynəlxalq standartlara uyğun olaraq memorial order formasında sintetik uçotun aparılması” mövzusu iştirakçılara slaydlar vasitəsilə təqdim olunub.

Qeyd edək ki, 3 gün davam edəcək təlimin əsas məqsədi müahsibatlıq işçilərinin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərin qiymətləndirilməsindən ibarətdir.

Xosrov İbrahimov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: