“Ukrayna Beynəlxalq Hava Yolları” şirkəti oktyabrın 1-dən Kiyev-Bakı-Kiyev aviareysini bərpa etməyi planlaşdırır.
NUHÇIXAN İnformasiya Agentliyi aviaşirkətə istinadla xəbər verir ki, “Ukrayna Beynəlxalq Hava Yolları” oktyabrın 1-dən, həmçinin Kiyevdən London, Praqa, Brüssel, Düsseldorf istiqamətinə də uçuşları bərpa edəcək.
Qeyd edək ki, koronavirusun yayılması ilə əlaqədar martın 17-dən Ukrayna və Azərbaycan arasında intensiv təyyarə uçuşları təxirə salınıb.