Cari ilin yanvar-iyul aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRASEKA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 24,4 milyon ton, yük dövriyyəsi isə 5 milyard 550,1 milyon ton/kilometr olub.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, yüklərin 13 milyon 956,8 min tonu və ya 57 faizi avtomobil nəqliyyatı, 7,5 milyon tonu və ya 30,8 faizi dəmir yolu nəqliyyatı, 2,9 milyon tonu və ya 12,2 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 20,2 faizini və ya 4 milyon 955,6 min tonunu tranzit yüklər təşkil edib.