Cari ilin yanvar-avqust aylarında ölkəyə 3186 elektriklə işləyən nəqliyyat vasitəsi gətirilib.
Dövlət Gömrük Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu nəqliyyat vasitələrindən 3050-si daxili yanma mühərriki ilə yanaşı, elektrik mühərriki ilə də hərəkətə gətirilən, 136-sı isə yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitəsidir.