Cari ilin yanvar-avqust aylarında ölkədə 1170 və ya ötən ilin müvafiq dövrünə nisbətən 326 ədəd az minik avtomobili istehsal olunub.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 8 ayda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 212,8 milyon manatlıq məhsul istehsal edilib. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 96,4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 63 faiz, maşın və avadanlıqların istehsalı isə 50,4 faiz artıb.