Muxtar respublikada 2020-ci ilin yanvar-avqust aylarında 1 milyard 840 milyon 976 min manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çoxdur.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz artaraq 4000 manata çatıb.
Qeyd edək ki, muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 758 milyon 415 min 700 manat dəyərində məhsul istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.