Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərə görə, 2020-ci ilin yanvar-avqust aylarında 328 milyon 123 min 400 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artaraq 288 milyon 51 min ABŞ dolları təşkil edib. 247 milyon 978 min 600 ABŞ dolları dəyərində isə müsbət saldo yaranıb.