Ödənişsiz “VPN” (Virtual Private Network - Virtual Özəl Şəbəkə) xidmətləri şəxsi məlumatlarınızın satışı ilə gəlir əldə edir. Belə xidmətlərdən istifadə etdiyiniz zaman diqqətli olun.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə İnnovasiyalar Agentliyi məlumat yayıb.
“Bu tipli şirkətlərin çoxunun məqsədi təhlükəsizlik və məlumatlarınızın qorunması deyil, “pulsuz” xidmət vasitəsilə mümkün qədər çox istifadəçi cəlb edib onların şəxsi məlumatlarını satmaqdır. “VPN” texnologiyası vasitəsilə internetə çıxış aralıq serverlə həyata keçirilir.
• ödənişsiz “VPN”lərin 72 faizi sizin məlumatlarınızı 3-cü tərəflərə ötürür. Yəni daxil olduğunuz saytlar, yazdığınız mesajlar da daxil olmaqla hər bir məlumat 3-cü şəxslərə əlçatan olur. Bu məlumatlar analiz üçün, ödəniş və digər məxfi məlumatların oğurlanması üçün istifadə oluna bilər.
• ödənişsiz “VPN”lərin 38 faizi "malware" daşıyıcısıdırlar. Ödənişsiz “VPN”lər üzərindən gələn trafik dəyişdirilərək cihazınıza istənilən zərərli proqram təminatı və arzuolunmaz reklam yerləşdirilə bilər. Məhz buna görə onlardan istifadə etmək tövsiyə olunmur”, - deyə agentliyin məlumatında bildirilir.