Muxtar respublikada operativ vergi nəzarəti tədbirləri görülür

A- A A+

Dövlət Vergi Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Xidmət və onun yerli vergi orqanları tərəfindən ötən  ay muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrində yoxlama və monitorinqlər davam etdirilib.  5 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub.

Həmçinin operativ vergi nəzarəti tədbirləri zamanı 4 vergiödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 1 şəxsin vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: