NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikada sahibkarlıq fəaliyyətinin stimullaşdırılması üçün dövlət dəstəyinin gücləndirilməsi, yeni investisiyaların cəlbi istiqamətində həyata keçirilən tədbirlər 2020-ci ilin ötən dövründə də davam etdirilib. 112 istehsal sahəsi yaradılıb, 415 yeni iş yeri açılıb.
Yeni istehsal müəssisələri daxili bazarın yerli istehsal məhsulları ilə təminatına, ixrac potensialının artırılmasına yeni iş yerlərinin açılmasına, məşğulluq səviyyəsinin yüksəldilməsinə, eləcə də əhalinin maddi-rifah halının yaxşılaşdırılmasına mühüm töhfələr verib.
Adilə Səfərova