Dövlət Sosial Müdafiə Fondunun Mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, əmək pensiyaları və məcburi dövlət sosial sığorta ödəmələri vaxtından əvvəl maliyyələşdirilib, pensiya ödənilməsinə 14 milyon 747 min manat, sosial sığorta ödəmələrinə isə 328 min manat vəsait xərclənib.
Pensiya hüququ yaranan 78 vətəndaşa əmək pensiyası təyin edilib ki, bunlardan 39-u yaşa görə, 4-ü əlilliyə görə, 35-i isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxan vətəndaşlar olub.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə fondun xəzinə hesabına 8 milyon 340 min 700 manat vəsait daxil olub ki, bu vəsait nəzərdə tutulan məbləğdən 16,5 faiz çoxdur.