2018-ci ilin sonuna qədər Azərbaycan və Türkiyə arasında elektron imzanın qarşılıqlı tanınması təmin olunacaq.
NUHÇIXAN xəbər verir ki, bu sahibkarlara sərhədləri keçərkən yüklərin rəsmiləşdirilməsi prosedurunu sadələşdirməyə imkan verəcək və bu qlobal bazara çıxış və beynəlxalq ticarət münasibətlərinin inkişafı baxımından əhəmiyyətlidir: "Bu istiqamətdə işlər cari ilin aprelində Türkiyə tərəfi ilə imzalanan memorandum çərçivəsində aparılır. Azərbaycanlı mütəxəssislər bir sıra görüşlər keçirib və bu prosesi ətraflı öyrəniblər. Hazırda artıq elekton imzanın qarşılıqlı tanınması üçün texniki hazırlıq aparılır və biz ümid edirik ki, bu məsələ ilin sonuna qədər həll ediləcək".
Azərbaycan cari ilin mart ayında beynəlxalq müqavilələrdə elektron kommunikasiyalarвфт istifadəyə dair BMT-nin konvensiyasına qoşulub. Bu konvensiya elektron imzanın dövlətlərarası səviyyədə qarşılıqlı tanınması məsələsini sadələşdirəcək.
Daha əvvəl elektron imzanın qarşılıqlı tanınması barədə danışıqlar İran, Qətər və Ukrayna ilə də aparılıb.