Muxtar respublikada etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırıb. 2020-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikadan 86 milyon 999 min 800 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunub.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, həmçinin cari ilin ötən dövründə meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması diqqətdə saxlanılıb. Sədərək rayonunda işğaldan azad edilmiş 73 hektar torpaq sahəsində meliorativ tədbirlər aparılaraq əkin dövriyyəsinə daxil edilibdir.