Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərdə bildirilib.
Belə ki, 2020-ci ilin yanvar-sentyabr aylarında inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 2 milyard 101 milyon 254 min manat olubdur. Bu da bir il öncəki göstəricidən 0,7 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,2 faiz artaraq 4564 manat olub.
Qeyd edək ki, Ümumi daxili məhsulun tərkibində ilk yeri 28 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 57 faiz təşkil edib.
Ötən illə müqayisədə bir ilin yanvar-sentyabr aylarında sənaye məhsulu 1 faiz, əsas kapitala yönəldilən vəsaitlər 0,9 faiz, kənd təsərrüfatı məhsulu 3,7 faiz, informasiya və rabitə xidmətləri isə 4,6 faiz artıb.