“İqtisadiyyat” ixtisasında təhsil alan tələbələrlə görüş keçirildi - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüş “Naxçıvan” Universitetinin İqtisadiyyat Nazirliyinə hamiliyə verilmiş “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələrlə təşkil olunub.

Görüşdə nazirlik əməkdaşları slaydlar vasitəsilə dövlət satınalmalarının əhəmiyyəti, onların büdcə vəsaitlərinin qənaətlə və səmərəli şəkildə istifadəsində əhəmiyyəti, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi, muxtar respublikada dövlət satınalmaları zamanı daha çox istifadə olunan satınalma metodları ilə bağlı çıxış ediblər.

Həmçinin iştirakçılara muxtar respublikada satışa çıxarılan istehlak mallarının keyfiyyət və qiymətinə nəzarət tədbirlərinin qanunvericilik çərçivəsində həyata keçirilməsi qaydaları, İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyasının apardığı laborator təhlillərlə bağlı tələbələrə ətraflı məlumat verilib.

Sonda mövzular ətrafında geniş diskusiya aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: