Türk Ticarət və Sənaye Palatası: Qarabağın iqtisadi inkişafı üçün bütün imkanlarımızla Azərbaycanın yanındayıq
Qarabağın iqtisadi inkişafı üçün bütün imkanlarımızla Azərbaycanın yanındayıq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının noyabrın 2-də Bakıda keçirilən növbədənkənar iclasından sonra təşkil olunan brifinqdə Türk Ticarət və Sənaye Palatasının (TOBB) sədri Rıfat Hisarcıklıoğlu deyib.
O bildirib ki, Türkiyə tərəfindən Azərbaycanda bir çox sahələrə investisiya qoyuluşu həyata keçirilib və gələcəkdə də bu barədə planlar var. Həmçinin Türkiyə Qarabağda - işğaldan azad olunan torpaqlarda iqtisadi inkişafın təmini üçün bütün imkanları ilə Azərbaycanın yanında olacaq.