Naxçıvan Beynəlxalq Hava Limanı payız-qış mövsümünə hazırdır

A- A A+

Naxçıvan Beynəlxalq Hava Limanında hava-nəqliyyat sisteminin qış mövsümündə dayanıqlı fəaliyyətini təmin etmək məqsədilə bir sıra hazırlıq işləri görülüb. Mövsümlə əlaqədar son illər alınan müxtəlif təyinatlı yeni maşın-mexanizmlərə baxış keçirilib, yüksək maddi-texniki bazaya malik hava limanının  mövsümə hazırlığı yoxlanılıb. Həmçinin texniki heyətlə məşğələlər keçirilib və uçuş enmə zolağının, enmə yollarının və perron ərazisinin qardan təmizlənmə proseduru işlənib hazırlanıb.

Daha ətraflı NUHÇIXAN İnformasiya Agentliyinə Naxçıvan Beynəlxalq Hava Limanının direktor müavini İlham Hüseynov məlumat verib. O bildirib ki, istifadədə olan 4 ədəd qartəmizləyən, 1 ədəd qaratan və 1 ədəd buz əleyhinə mayesəpən avtonəqliyyat vasitəsi istənilən qarlı hava şəraitində uçuş enmə zolağını, dönmə yollarını, perron ərazisini qardan və buzlaşmadan təmizləyir. Həmçinin ən son model olan skidometr avadanlığı ilə uçuş enmə zolağının sürüşmə əmsalı hesablanır və təlimata uyğun işlər yerinə yetirilir. Hava gəmilərinin buzlaşmasına qarşı nəzərdə tutulmuş maşınlar da tam saz vəziyyətə gətirilib.

Xatırladaq ki, avqustun 12-də Naxçıvan Muxtar Respublikasında 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Naxçıvan Beynəlxalq Hava Limanına da müvafiq tapşırıqlar verilibdir.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: