Türkiyədən Naxçıvan istiqamətində dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Anadolu Agentliyinə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib.
Nazir Azərbaycandakı yeni proseslərdən sonra Naxçıvan istiqamətində bir dəmir yolu xəttinin çəkilməsinin nəzərdə tutulduğunu və layihə işlərinin tamamlanmaq üzrə olduğunu bildirib.