Azərbaycanda Rəqabət Agentliyi yaradılacaq

A- A A+

Azərbaycanda Rəqabət Agentliyi yaradılacaq.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin icra vəziyyətinə dair hesabatda deyilir.

Qeyd olunur ki, əlverişli biznes mühitinin yaradılmasında hökumətin aparıcı rolunun daha da gücləndirilməsi sahəsində bir sıra ölkənin qanunvericiliyi araşdırılıb və nəticədə “Azərbaycan Respublikasının Rəqabət Agentliyinin yaradılması haqqında” Azərbaycan Prezidentinin fərman layihəsi hazırlanıb. Ölkədə biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı komissiya çərçivəsində Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb.

Bildirilir ki, azad ticarət sazişlərinin bağlanması məqsədilə bir sıra ölkənin təcrübəsi öyrənilib, həmin ölkələrin bağladığı analoji sazişlər və onların ticarətə qarşılıqlı təsiri ətraflı təhlil edilib.

Həmçinin vurğulanır ki, texniki tənzimləmə və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğun formalaşdırılması məqsədilə müvafiq qanun layihələri hazırlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: