NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təlim Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində keçirilib. Muxtar respublikada büdcə təşkilatlarında maliyyə mühasibat sahəsində çalışan 12 mühasibat işçisinin dəvət olunduğu təlimdə Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova təlimin aktuallığı və mahiyyəti haqqında məlumat veribdir.
Təlim zamanı iştirakçılara torpaq, tikili və avadanlıqların, debitor borclarının, sair maliyyə aktivlərinin, sair aktivlərin, ehtiyatların, pul vəsaitləri və onların ekvivalentlərinin, faiz xərcləri yaradan öhdəliklərin inventarizasiyası və digər mövzularda slaydlar vasitəsi ilə geniş məlumat vermişdir.