Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,10 dollar ucuzlaşaraq 43,41 dollar təşkil edib.
Qeyd edək ki, “qara qızıl”ın qiyməti qlobal miqyasda koronavirusa yoluxma hallarındakı artımın neft tələbatının bərpa prosesini ləngitdiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.