Muxtar respublikada 2020-ci ilin yanvar-oktyabr aylarında 2 milyard 292 milyon 937 min manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 4978,2 manata çatıb.