Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılıb, 2020-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 153 milyon 793 min 500 manat məbləğində kreditlər verilib.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki,bir il öncəki göstəricidən 1,4 dəfə çoxdur. Verilmiş kreditlərin 16 milyon 205 min 600 manatı və yaxud 10,5 faizi qısamüddətli, 137 milyon 587 min 900 manatı və yaxud 89,5 faizi uzunmüddətli kreditlər olubdur.
Həmçinin muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin olunub.
Bu ilin on ayı ərzində muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 91075-ə çatıb. Bunun da 79458-i və ya 87,2 faizi aktiv hesablardır. 2020-ci ilin yanvar-oktyabr aylarında açılmış 31462 bank hesabının 31453-ü aktiv hesablar olubdur.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 noyabr 2020-ci il tarixə 1397-yə çatıbdır.