Bakı-Minsk marşrutu üzrə birbaşa aviareyslər bərpa olunur

A- A A+

Dekabrın əvvəlindən Bakı-Minsk marşrutu üzrə müntəzəm çarter reyslərinin bərpa edilməsi nəzərdə tutulur.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, dekabrın 4-dən etibarən “Belavia” aviaşirkəti Bakı-Minsk marşrutu üzrə müntəzəm reyslərin həyata keçirilməsinə başlayacaq. İki paytaxt arasında uçuşlar həftədə dörd dəfə - çərşənbə axşamı, cümə, şənbə və bazar günləri həyata keçiriləcək.

Reyslər Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından baş tutacaq.

Qeyd edək ki, yalnız vətəndaşlığı olan və ya təyinat ölkəsinə giriş hüququna malik, eləcə də koronavirusa (COVID-19) dair testdən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər uçuşlara buraxılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: