Azerbaycan Ordusunun Dağlıq Qarabağı işğaldan azad etməsi ilə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan arasındakı koridorun Bakının nəzarəti altına keçməsi, siyasi və hərbi cəhətdən olduğu qədər ticarət baxımından çox vacibdir. Beləliklə, Türkiyə və Orta Asiyanı bir-biri ilə bağlayacaq birbaşa yol yaranacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu hadisəyə Türkiyə mətbuatına Şərqi Anadolu bölgəsindən olan iş və siyasət adamları da münasibət bildiriblər.
Onların sözlərinə görə, Naxçıvan dəhlizi vasitəsi ilə Ərzurum, Qars, Ardahan, Ağrı və İğdırda hazırda 160 milyon ABŞ dolları olan ixracat 5 mlrd ABŞ dollara yüksələcək.
Ərzurum Böyükşəhər Bələdiyyə Başçısı Mehmet Sekmen deyib ki, bölgənin Naxçıvan və İran sərhədlərinə açılan nöqtələrində 37 milyon TL dəyərində yollar tikdik. Regionun loqistik mərkəzini qurduq: "Ərzurum və bölgədən Orta Asiyaya qədər əhəmiyyətli bir dəhliz yarandı. Bölgə bu yol vasitəsi ilə daha cəlbedici olacaq".
İğdır Ticarət Palatasının sədri Kamil Aslan bildirib ki: “İğdırın sərhəd-keçid məntəqəsinin qapısının birbaşa Azərbaycana açılması ticarət həcmimizi ilk mərhələdə ən azı 3 dəfə artıracaq. Hər şey qaydasında getsə, həcm 5 milyard ABŞ dollara çata bilər. İndiki ticarət yolu çox çətindir və bahadır. Iğdır bir cazibə mərkəzi olacaq”.
“İqtisadiyyat və turizm sahələrində əlaqələr baxımından yeni bir dövrün qapısı olan Naxçıvan dəhlizinin açılması, Bakı-Tbilisi-Qars marşrutuna güclü dəstək yaratmaqla tarixi İpək Yolunun dirçəlməsinə töhfə verəcəkdir”, - deyə Şərqi Anadolu İhracatçılar Birliyinin prezidenti Ethem Tanrıver vurğulayıb.
Ərzurum Ticarət Palatasının sədri Lütfü Yücelik bildirib ki, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun Naxçıvan istiqamətində dəmir yolu xəttinin çəkilməsinin planlaşdırıldığını açıqlaması, bu dəmir yolunun sahibkarlara, istehsalçılara, ixrac şirkətlərinə yaratdığı fürsətləri ən yaxşı şəkildə istifadə etməyimiz lazımdır.
Qarsda inşaatı davam edən loqistik mərkəzin bitmək üzrə olduğunu deyən Qars valisi Türker Öksüz vurğulayıb ki: “Loqistik mərkəzimizlə Türk Cümhuriyyətləri ilə əlaqənin qurulacağı və ticarətin artacağı gözlənilir. Artıq istehsal etdiyimiz məhsulları rahat göndərib, ehtiyacımız olan məhsulları isə çox rahat ala biləcəyik”.
Ardahan valisi Hüseyin Öner qeyd edib ki, bu siyasətlə Türk Cümhuriyyətlərinə birbaşa yolun olması həm xammalın asanlıqla qəbul edilməsinə, həm də istehsal olunan məhsulun asanlıqla göndərilməsini təmin edəcək.